Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95294
az

Şəhidin nişanlısından duyğulu sözlər: Hələ də onunla danışıram

22:5615 Sentyabr, 2023
101
CƏMİYYƏT
  • A

"Nə olsun ki, toyumuz olmayıb. Bizim nikahımız var axı. Onsuz da 21 gün sonra Turan əlində güllə gəlib məni bu evə gətirəcəkdi".

OXU24.COM mətbuat.az-a istinadən xəbər verir ki, bunu Sentyabr döyüşlərində şəhid olan Turan Məhrrəmovun nişanlısı Sayıb Məhərrəmova deyib.
 

Turan şəhid olandan bəri onun evində yaşayan Sayıb deyir ki, onların sevgisi məktəbdən başlayıb: "Mənə sevdiyini deyəndə 5-ci sinifdə oxuyurdum. Sevilməyi Turanla öyrəndim, onunla böyüdüm. Əsgərliyə gedəndə məni qucaqladı, göz yaşlarını saxlaya bilmədi. Dedim üzülmə, mən sənin yolunu gözləyəcəyəm".

Şəhidin nişanlısı Turansız keçən çətin günlərdən danışıb: "Bir ildir, bu evdə qalıram. Özümə təsəlli verirəm ki, guya toyumuz olub. Məni burada qoyub, özü də nə vaxtsa məzuniyyətə gələcək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan arxivindən şok sənəd - FOTO
Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO