Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
28 Sentyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
345
14.09.2023, 18:16
Rusiya Prezidenti Vladimir Putin bütün suallara nöqtə qoyaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini, Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha təsdiqlədi.
OXU24.COM bildirir ki, bunu rusiyalı siyasi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Rusiya lideri Vladimir Putinin Şərq İqtisadi Forumundakı çıxışı haqda deyib.
"Putin mahiyyətcə belə dedi: "Ermənistanın siyasi rəhbərliyi və Paşinyanın Moskvaya ünvanladığı bütün ittihamlar sırf Paşinyanın özünə ünvanlanmalıdır. Çünki həqiqətən də rəsmi səviyyədə Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb". İrəvanın bu gün Rusiyanı uğursuzluqlarında və problemlərində ifrat dərəcədə günahkar göstərməyə çalışdığını nəzərə alan Putin Ermənistan rəhbərliyinə kifayət qədər düzgün, lakin sərt diplomatik formada cavab verdi", - o bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda, suveren Azərbaycan ərazilərində hansısa qondarma "seçki" İrəvanın saman çöpündən yapışmağa cəhdindən başqa bir şey deyil:
"Heç bir ölkə bu "seçkini" qanuni saymayıb. Ona görə də erməni separatçılarının "rəhbərliyində" adların dəyişdirilməsi, ümumiyyətlə, vəziyyəti dəyişmir. İkinci Qarabağ müharibəsinin nəticələri uzunmüddətli Qarabağ münaqişəsinin səhifəsini bağladı. İndi isə praktikada yalnız bir obyektiv sual var: Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına inteqrasiyasının tempi və vaxtı".
14:02 / 28 Sentyabr 2026
16
14:00 / 28 Sentyabr 2026
20
13:46 / 28 Sentyabr 2026
45
13:43 / 28 Sentyabr 2026
40
13:30 / 28 Sentyabr 2026
321
13:24 / 28 Sentyabr 2026
66
13:09 / 28 Sentyabr 2026
226
12:58 / 28 Sentyabr 2026
60
12:55 / 28 Sentyabr 2026
59
12:37 / 28 Sentyabr 2026
71
12:32 / 28 Sentyabr 2026
68
12:22 / 28 Sentyabr 2026
49
12:18 / 28 Sentyabr 2026
53
12:13 / 28 Sentyabr 2026
1342
12:00 / 28 Sentyabr 2026
52
11:54 / 28 Sentyabr 2026
90
11:40 / 28 Sentyabr 2026
69
11:31 / 28 Sentyabr 2026
172
11:27 / 28 Sentyabr 2026
188
11:23 / 28 Sentyabr 2026
65
11:20 / 28 Sentyabr 2026
203
11:15 / 28 Sentyabr 2026
59
11:13 / 28 Sentyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.