Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95216
az

Repetitorların qiyməti 200-300 manata yüksəldi - VİDEO

16:3314 Sentyabr, 2023
77
CƏMİYYƏT
  • A

Yeni tədris ili valideynlərin qayğılarını artıb.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onların yüksək nəticə toplaması və ali məktəbə qəbul olmasıdır.

Abituriyentlər indi ya repititor yanına, ya da hazırlıq kurslarına göndərilir. Repititor və hazırlıq kurslarının qiymətləri də ötən illə müqayisədə artıb. Qiymətlər isə  qrupdakı şagirdlərin sayından asılı olaraq dəyişir.

Fərdi qaydada repititor yanına getmək isə daha bahadır. Müəllimlər deyir ki, indi fərdi qaydada övladını hazırlığa qoyanların sayı elə də çox deyil. Bununla belə fərdi hazırlığın qiyməti 1 fənn üzrə 200-300 manat arasında dəyişir.

Repititorlarla yanaşı bəzi hazırlıq kurslarında da bu il qiymətlər artıb. Çəkiliş apardığımız hazırlıq kursunun rəhbəri Vüqar Məmmədov deyir ki, mərkəzdə fərdi qaydada abituriyent hazırlamırlar. Onlar dərsləri qurup halında, kompleks şəkildə tədris edirlər.

O da bildirildi ki, həm bəzi repititorlar, həm də hazırlıq kursları şəhid ailəsi üzvlərinə, sosial həssas kateqoriyadan olan şəxslərə müəyyən güzəştlər edirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı