Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95210
az

Zəngəzur dəhlizi Cənubi Qafqazda yeni imkanlar yaradacaq – Türkiyəli nazir

14:5914 Sentyabr, 2023
96
CƏMİYYƏT
  • A

Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq - Türkiyəli nazir

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 13:32 (UTC +04:00)[Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq - Türkiyəli nazir]

Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq. Onun fəaliyyətə başlaması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

O qeyd edib ki, Orta Dəhlizin səmərəliliyinin artması ilə həm Azərbaycanla Xəzər dənizində işlənə biləcək layihələr, həm də Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsində əldə edilə biləcək əməkdaşlıqlarla Türkiyənin regionda strateji mövqeyinin əhəmiyyəti artacaq.
Ətraflı
Ad - 00:34

"Zəngəzur dəhlizinin Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olması və Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan arasında dəmir yolu şəbəkəsinin genişləndirilməsi regional ticarətə müsbət təsir göstərəcək.

Regionda artacaq yükdaşımaların Türkiyənin Qafqaz sərhədindəki əyalətlərinin iqtisadi cəhətdən güclənməsinə, eləcə də, logistika sektorunda çalışan şirkətlərin sayının artmasına müsbət təsir göstərəcəyi gözlənilir", - deyə nazir bildirib.

Uraloğlu onu da vurğulayıb ki, dəmiryolu xəttinə paralel olaraq avtomobil yolunun da istifadəyə verilməsi mümkündür.

Bakı-Tibilisi-Qars (BTQ) dəmiryolundan danışan nazir qeyd edib ki, BTQ Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək.

"Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ dəmiryolu stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan başqa, dəmiryolu xətti Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. BTQ-yə alternativ olaraq, Türkiyədəki Qars-Dilucu dəmiryolu vasitəsilə Naxçıvana gedərək, Zəngəzur dəhlizinə çıxmaq mümkün olacaq", - deyə nazir vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil