Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
28 Sentyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
446
13.09.2023, 11:40
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan yağıb.
Xidmətdən Milli.Az-a verilən xəbərə görə, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub.
Şahdağda 2750 metr hündürlüyə qar yağıb.
Düşən yağıntının miqdarı Qəbələdə 57 (aylıq normanın 73 %-i), Göyçayda 41 (aylıq normanın 108%-i), İsmayıllı 40 (aylıq normanın 51%-i), Qaxda (Sarıbaş) 39, Şəkidə 37, Şahdağda 31, Oğuzda 27, Qobustanda 25 (aylıq normanın 82%-i), Xaltanda 24 (aylıq normanın 50%-i), Kürdəmirdə 23 (aylıq normanın 69 %-i) , İmişlidə 23 (aylıq normanın 116 %-i), Qrızda 21 (aylıq normanın 44 %-i), Zərdabda 20 (aylıq normanın 68 %-i), Sabirabadda 19 (aylıq normanın 96%-i), Biləsuvarda 17 (aylıq normanın 98%-i), Ağsu, Ağdamda 16 (aylıq normanın 47%-i), Lənkəranda 14, Şamaxıda 13, Altıağac, Balakən, Naxçıvan, Yevlax, Quba, Ordubad, Tərtər, Şabran, Sədərək, Şərur, Mingəçevir, Gədəbəy, Şəmkir, Beyləqan, Cəfərxan, Neftçala, Yardımlı, Qusar, Şahbuz, Tovuz, Lerik, Ağstafa, Gəncə, Naftalan, Daşkəsən, Bərdədə 10, Bakıda 12 (aylıq normanın 70 %-i) Maştağada 5, Sumqayıtda 3, Pirallahıda 2 mm-dək olub.
Yağan intensiv yağışlar nəticəsində sentyabrın 13-ü saat 8 radələrində Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay və Şəki rayonu ərazisində keçən Damarçın çayından sel keçib.
Gəncə, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Oğuz, Şamaxı, Qrız, Şəki, Balakən, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 14-ü gündüz saatlarından tədricən kəsiləcəyi gözlənilir.
14:45 / 28 Sentyabr 2026
7
14:25 / 28 Sentyabr 2026
38
14:02 / 28 Sentyabr 2026
52
14:00 / 28 Sentyabr 2026
52
13:46 / 28 Sentyabr 2026
56
13:43 / 28 Sentyabr 2026
48
13:30 / 28 Sentyabr 2026
458
13:24 / 28 Sentyabr 2026
89
13:09 / 28 Sentyabr 2026
289
12:58 / 28 Sentyabr 2026
71
12:55 / 28 Sentyabr 2026
66
12:37 / 28 Sentyabr 2026
79
12:32 / 28 Sentyabr 2026
76
12:22 / 28 Sentyabr 2026
51
12:18 / 28 Sentyabr 2026
57
12:13 / 28 Sentyabr 2026
1459
12:00 / 28 Sentyabr 2026
53
11:54 / 28 Sentyabr 2026
101
11:40 / 28 Sentyabr 2026
73
11:31 / 28 Sentyabr 2026
189
11:27 / 28 Sentyabr 2026
205
11:23 / 28 Sentyabr 2026
66
11:20 / 28 Sentyabr 2026
223
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.