Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95138
az

Rasim Balayev: “Əgər aparıcının cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim...” - VİDEO

16:2912 Sentyabr, 2023
92
CƏMİYYƏT
  • A

Xalq artisti, "Şöhrət" ordenli aktyor Rasim Balayev "YouTube"da yayımlanan "Düz danışaq" layihəsinə verdiyi qalmaqallı müsahibəsindən söz açıb. 

OXU24.COM bildirir ki, "YouTube"da yayımlanan "AStar" layihəsinin qonağı olan sənətkar bildirib ki, əvvəlcədən aparıcının cinsi azlığın nümayəndəsi olduğunu bilsəydi, ona müsahibə verməzdi.

"Amerikadan mənə zəng gəldi. Dedi ki, Vaşinqtondayam və sizdən müsahibə almaq istəyirəm. Razılıq verdim. Birinci dəfədir ki, özünə bu sözü (cinsi azlıq - red.) deyən adam görürəm. Həmişə insanlar belə şəxslərin arxasınca deyirlər. Bu isə özü dedi mənə ki, mən cinsi azlığın nümayəndəsiyəm.
 

Onun bu sözündən məəttəl qaldım. Alnında yazılmayıb ki, bu "ondandır". Mən də qaldım belə... Əvvəlcədən onun belə bilsəydim, müsahibə verməzdim. Saqqalı, bığı... Dedim bu adama oxşayır da... Sən demə, bu normal adam deyilmiş... Özü dedi, başqası yox", - deyə R.Balayev fikirlərini dilə gətirib.
Qeyd edək ki, "YouTube"da yayımlanan "Düz danışaq" layihəsinin aparıcısı İsmayıl Cəlilov Rasim Balayevlə müsahibə zamanı cinsi azlığın nümayəndəsi olduğunu deyərək, aktyordan bu şəxslərə qarşı münasibətini öyrənib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun