Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
28 Sentyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
504
12.09.2023, 14:06
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Pirallahı rayonu üzrə 18 saylı bölməsinin həkimi, 1966-cı il təvəllüdlü Təranə Bağırova həbs edilib.
OXU24.COM istinadən xəbər verir ki, xanım həkim bir neçə vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə açılmış işin materialları Qaradağ rayon Məhkəməsinə göndərilib.
İttihamda qeyd edilib ki, həkim T.Bağırova bir neçə tanışını aldadaraq onlardan xeyli pul alıb. Onun aldatdığı şəxslər də qadın olub. T.Bağırova həmin qadınlardan ikisini xəstəxanaya xadimə kimi işə düzəldəcəyinə söz verib və hər birindən 3 min manat olmaqla pul alıb. Digər qadın isə Təranəyə oğlunu sürücü kimi işə düzəltməkdə kömək etməsi üçün pul verib. Lakin T.Bağırova bütün pulları ələ keçirib və verdiyi vədi yerinə yetirməyib.
T.Bağırovanın əməlləri barədə cinayət işinin açılmasından sonra o, işdən çıxarılıb. Məhkəmənin hökmü ilə T.Bağırova 3 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
O, qadınların cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.
15:16 / 28 Sentyabr 2026
1
15:05 / 28 Sentyabr 2026
28
14:55 / 28 Sentyabr 2026
32
14:45 / 28 Sentyabr 2026
35
14:25 / 28 Sentyabr 2026
43
14:02 / 28 Sentyabr 2026
63
14:00 / 28 Sentyabr 2026
55
13:46 / 28 Sentyabr 2026
60
13:43 / 28 Sentyabr 2026
49
13:30 / 28 Sentyabr 2026
521
13:24 / 28 Sentyabr 2026
101
13:09 / 28 Sentyabr 2026
311
12:58 / 28 Sentyabr 2026
73
12:55 / 28 Sentyabr 2026
68
12:37 / 28 Sentyabr 2026
80
12:32 / 28 Sentyabr 2026
79
12:22 / 28 Sentyabr 2026
52
12:18 / 28 Sentyabr 2026
57
12:13 / 28 Sentyabr 2026
1491
12:00 / 28 Sentyabr 2026
54
11:54 / 28 Sentyabr 2026
108
11:40 / 28 Sentyabr 2026
73
11:31 / 28 Sentyabr 2026
196
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.