Nazirə yeni müavin TƏYİN EDİLDİ
28 Sentyabr 2026, 15:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
318
11.09.2023, 19:13
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.
Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 15 580 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 395 nəfər (o cümlədən 207 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12 464 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 97.26% dolub. Cəmi 351 yer (2.74%) boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
| Qəbul planı |
Qəbul olunub | Qəbulolma faizi | Vakant yerlərin sayı (faizi) |
|||
| Azərbaycan bölməsi |
Rus bölməsi |
Bölmələr üzrə cəmi |
||||
| Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar |
12073 | 11318 | 609 | 11927 | 98.78 | 147 (1.22) |
| Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar |
741 | 520 | 17 | 537 | 72.47 | 204 (27.53) |
| Cəmi | 12814 | 11838 | 626 | 12464 | 97.26 | 351 (2.74) |
Sentyabrın 12-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent" jurnalının 10-cu sayında elektron formada təqdim olunacaq.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 14 sentyabr saat 11:00-dan 20 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 14 sentyabr saat 11:00-dan 25 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.
15:21 / 28 Sentyabr 2026
1
15:16 / 28 Sentyabr 2026
18
15:05 / 28 Sentyabr 2026
34
14:55 / 28 Sentyabr 2026
36
14:45 / 28 Sentyabr 2026
38
14:25 / 28 Sentyabr 2026
43
14:02 / 28 Sentyabr 2026
63
14:00 / 28 Sentyabr 2026
55
13:46 / 28 Sentyabr 2026
60
13:43 / 28 Sentyabr 2026
50
13:30 / 28 Sentyabr 2026
524
13:24 / 28 Sentyabr 2026
102
13:09 / 28 Sentyabr 2026
312
12:58 / 28 Sentyabr 2026
73
12:55 / 28 Sentyabr 2026
68
12:37 / 28 Sentyabr 2026
80
12:32 / 28 Sentyabr 2026
79
12:22 / 28 Sentyabr 2026
52
12:18 / 28 Sentyabr 2026
59
12:13 / 28 Sentyabr 2026
1498
12:00 / 28 Sentyabr 2026
55
11:54 / 28 Sentyabr 2026
109
11:40 / 28 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.