Nazirə yeni müavin TƏYİN EDİLDİ
28 Sentyabr 2026, 15:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
335
11.09.2023, 16:23
Prezident İlham Əliyev İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
OXU24.COM Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:
1. İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan on bir min nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçay çayından çəkilmiş magistral su kəmərinin və kəndlərin daxili su şəbəkələrinin yenidən qurulması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 12,0 (on iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən magistral su kəmərinin bərpasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
15:21 / 28 Sentyabr 2026
1
15:16 / 28 Sentyabr 2026
18
15:05 / 28 Sentyabr 2026
34
14:55 / 28 Sentyabr 2026
36
14:45 / 28 Sentyabr 2026
38
14:25 / 28 Sentyabr 2026
43
14:02 / 28 Sentyabr 2026
63
14:00 / 28 Sentyabr 2026
55
13:46 / 28 Sentyabr 2026
60
13:43 / 28 Sentyabr 2026
50
13:30 / 28 Sentyabr 2026
524
13:24 / 28 Sentyabr 2026
102
13:09 / 28 Sentyabr 2026
312
12:58 / 28 Sentyabr 2026
73
12:55 / 28 Sentyabr 2026
68
12:37 / 28 Sentyabr 2026
80
12:32 / 28 Sentyabr 2026
79
12:22 / 28 Sentyabr 2026
52
12:18 / 28 Sentyabr 2026
59
12:13 / 28 Sentyabr 2026
1498
12:00 / 28 Sentyabr 2026
55
11:54 / 28 Sentyabr 2026
109
11:40 / 28 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.