Qaynar xətt:

(+99450) 247 90 86

Yemək yeyəndə su içmək olarmı?

Yemək yeyəndə su içmək olarmı?

CƏMİYYƏT

408

09.09.2023, 23:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əvvəllər belə hesab olunurdu ki, qida qəbulu zamanı su içmək olmaz ki, bu mədə şirəsini durulaşdırır, həzm proseslərinə mənfi təsir edir.

OXU24.COM  xəbər verir ki, son zamanlar alimlər bu fikirdən imtina ediblər. Araşdırmalar göstərib ki, mədə şirəsini cüzi durulaşdırmaq üçün 5 l su lazımdır.

Alimlər araşdırıblar ki, qida qəbulu zamanı içilən su əksinə həzm proseslərini asanlaşdırır, qanın qatılaşmasının və arterial təzyiqin artmasının qarşısını alır.

Burada bəzi məqamlara diqqət etmək lazımdır. Yemək yeyəndə adi su içmək lazımdır, qazlı sular, mineral sular, şirələri içmək  tövsiyə edilmir. Su soyuq olmamalıdır.

Yeməkdən dərhal sonra çay içmək olmaz. Çay qidada olan zülalların və dəmirin mənimsənilməsi proseslərini pozur.