Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95073
az

Rəsmi Bakı daha bir istəyinə nail oldu: Ağdam-Xankəndi yolu açılır

23:1609 Sentyabr, 2023
242
CƏMİYYƏT
  • A

Rusiyadan göndərilən bir Tır yük Ağdam-Əsgəran yolu ilə ünvanına çatdırılacaq. Qanunsuz rejim Ağdam yolunun alternativsiz olduğunu anlamış oldu.

Laçın yolu isə hələ açılmır. Laçın yolu yalnız Qızıl Xaç komitəsi üçün açılacaq. Onlar da yalnız Azərbaycanın gömrük və sərhəd-keçid qaydalarına uyğun fəaliyyət göstərə bilərlər. 

Separatçılar Rusiya Qırmızı Xaç Cəmiyyətinin yolladığı humanitar yardımı Ağdam-Xankəndi yolu ilə qəbul etməyə hazır olduqlarını dedilər.

Və bu, qarabağlı erməni separatçıları ilə Ermənistanınn, erməni diasporunun və erməniləri dəstəkləyənlərin ilk strateji məğlubiyyətidir.

Niyə belə oldu?

Əsas səbəb Azərbaycanın qətiyyətidir.

Ermənistan anladı ki, şərti dövlət sərhədindəki hərbçilərimiz əmr alan kimi, istənilən an irəliləyə bilərlər.

Qarabağlı separatçılar dərk etdilər ki, Xankəndindəki xuntanın sonu çatır, aqoniyadır - Bakı separtizmə dözmək niyyətində deyil.

Xankəndindəki xuntanın son qərarının Bakı üçün mənfəətli məqamları:

1. Qarabağlı ermənilərin "blokada" isterikasının yalan olduğu sübut edildi

2. Laçın yolu ilə yanaşı, Xankəndinə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunun ən real alternativ olduğu göstərildi

3. "Qarabağlı ermənilərin bütün yolları bağlanıb" iddialarının puçluğu nümayitş olundu

4. Laçın yolu ilə Ermənistandan Xankəndinə yüklərin yalnız Ağdam-Xankəndi yolu işə düşəndən sonra açılacağını deyən Bakının qətiyyəti nəticə verdi.

Separatçı xuntanın Rusiyanın yolladığı 1 yük maşınını qəbul etməsi artıq situasiyanı dəyişir.

Rusiyanın avtomobili yolu keçəndən sonra Azərbaycanın yük maşınları da marşrutla hərəkət edəcəklər.

Beləcə, Rusiya qarabağlı ermənilərə təsir imkanlarının böyük olduğunu Paşinyana və onu dəstəkləyənlərə sübut etdi.

Ən nəhayət, qarabağlı erməni separatçıların rəhbərləri ilə Rusiya arasında çoxdan əldə edilmiş razılaşma, daha doğrusu, Moskvanın əmrlər məcmusu faş oldu.

Məlum oldu ki, qarabağlı separatçılar Nikol Paşinyanın marioneti Araik Arutyunyanın dönəmində yolu qapatsalar da, indi Rusiyanın Xankəndində tam təsir rıçaqlarına yiyələndiyi dönəmdə açırlar.

Rusiya Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasına doğru bir addım da atdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Yeni informasiya sistemi yaradıldı - REİS
Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib