Əvəz Zeynallının dəfn tarixi məlum oldu
28 Sentyabr 2026, 15:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
350
08.09.2023, 19:53
Bambukun bir növü olan Henonlar 120 ildən bəri ilk dəfə kütləvi şəkildə çiçək açacaqlar. Ancaq alimlər bunun fəlakətlə nəticələnə biləcəyi barədə xəbərdarlıq ediblər.
Bitkinin gülünü 100 ildə bir dəfə görmək mümkün olduğundan, botaniklərin bambukun necə bərpa olunduğunu demək olar ki, öyrənmək şansı yoxdur. Son böyük çiçəkləmə hadisəsi 1908-ci ildə baş verib.
Artıq bir neçə ildir ki, Xirosima Universitetinin alimləri bitkini öyrənməyə və onun özünü necə bərpa etməsinin sirrini açmağa çalışıblar. Nəticələr qorxunc olub - tədqiqatçılar növbəti genişmiqyaslı çiçəkləmənin bambuk istehsalı və ətraf mühit üçün fəlakətli ola biləcəyini müəyyən ediblər.
Tədqiqatın müəllifi Toşihiro Yamadanın dediyinə görə, araşdırma zamanı bambukun cücərə biləcək canlı toxumlar vermədiyi aşkar edilib. Çiçəklənmə faktiki olaraq zoğların böyüməsinin dayanmasına səbəb olub. Üstəlik, alimlər bambukun çiçəkləndikdən üç il sonra da regenerasiya əlamətlərini müşahidə etməyiblər. Bundan başqa bitkinin qeyri-cinsi yolla çoxalması da aşkar edilməyib.
Alimlər qeyd edirlər ki, tədqiqat yerindəki bütün gövdələr ölüb.
Bambuk çiçəyi
Elm adamlarının fikrincə, növbəti böyük çiçəklənmə 2028-ci ildə baş verəcək. Bundan sonra onlar yer üzündən tamamilə yox ola bilər. Komandanın fikrincə, bitkinin bərpası çox yavaş olacaq və bir neçə il çəkə bilər.
Ehtimal olunur ki, bu dövrdə bambuk yığıla bilməz, deməli bunun iqtisadi effekti də olacaq.
Bundan əlavə, alimlər hesab edirlər ki, bambukların çiçəkləndikdən sonra kütləvi şəkildə məhv olması bitki və torpaq örtüyündə kəskin dəyişikliklərə səbəb ola bilər.
16:00 / 28 Sentyabr 2026
11
15:36 / 28 Sentyabr 2026
63
15:21 / 28 Sentyabr 2026
109
15:16 / 28 Sentyabr 2026
88
15:05 / 28 Sentyabr 2026
49
14:55 / 28 Sentyabr 2026
46
14:45 / 28 Sentyabr 2026
48
14:25 / 28 Sentyabr 2026
49
14:02 / 28 Sentyabr 2026
79
14:00 / 28 Sentyabr 2026
61
13:46 / 28 Sentyabr 2026
65
13:43 / 28 Sentyabr 2026
59
13:30 / 28 Sentyabr 2026
598
13:24 / 28 Sentyabr 2026
117
13:09 / 28 Sentyabr 2026
359
12:58 / 28 Sentyabr 2026
86
12:55 / 28 Sentyabr 2026
75
12:37 / 28 Sentyabr 2026
91
12:32 / 28 Sentyabr 2026
86
12:22 / 28 Sentyabr 2026
57
12:18 / 28 Sentyabr 2026
64
12:13 / 28 Sentyabr 2026
1571
12:00 / 28 Sentyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.