SOCAR İtaliya millisinin sponsoru olacaq
28 Sentyabr 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
447
07.09.2023, 18:29
Dosent Aysel Xəlilova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni yaradılan Xarici Dillər Departamentinin direktoru vəzifəsinə təyin edilib.
OXU24.COM bildirir ki, bu barədə UNEC-dən xəbər verilib.
Qeyd edilib ki, Aysel Xəlilova ADU-nun Roman-German filologiyası fakültəsini bakalavr səviyyəsi, Dilşünaslıq fakültəsini isə magistr səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildən UNEC-in "Xarici dillər" kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. ABŞ-ın interaktiv metodla bağlı Mərkəzi Qərbi Avropa və Asiya ölkələrinin müəllimləri üçün təşkil etdiyi USAİD proqramının təlimlərində fəal iştirak edərək, hər iki layihədən "Müvəffəqiyyət Sertifikatı" alıb.
Britaniya Konsulluğunun Kembric Universitetinin müəllimlər üçün təşkil etdiyi "TKT Module 2" kursunu uğurla bitirərək, "University of Cambridge" sertifikatını qazanıb. İtaliyanın Milan şəhərində "TEFL" (Teaching English as a Second Language), İngiltərənin Brayton şəhərində "CELTA" (Certificate in Teaching English to Speakers of Other Languages), İspaniyanın Barselona şəhərində isə "DELTA Module-1" ( Diploma in Teaching English to Speakers of Other Languages) kurslarını uğurla bitirərək "Beynəlxalq müəllim" statusunu alıb.
Türkiyənin Hacettepe Universitetinin "Dünya Dilləri" sertifikatını qazanıb. UNEC-in və Dövlət Gömrük Komitəsinin Akademiyasının "İngilis dili" proqramlarının müəllifidir. 28 yerli və 10 beynəlxalq sertifikatın sahibidir. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 12 elmi məqaləsi xarici, 21 məqaləsi isə yerli elmi jurnallarda dərc edilib. 2 kitabın müəllifidir.
2022-ci ildə "British Council"un rəsmi IELTS tərəfdaşlığı ilə yaradılan UNEC Dil Mərkəzinin rəhbəri olub. Hazırda həmin mərkəz Xarici Dillər Departamentinin tərkibində fəaliyyət göstərəcək.
16:45 / 28 Sentyabr 2026
1
16:17 / 28 Sentyabr 2026
35
16:16 / 28 Sentyabr 2026
45
16:00 / 28 Sentyabr 2026
44
15:36 / 28 Sentyabr 2026
91
15:21 / 28 Sentyabr 2026
147
15:16 / 28 Sentyabr 2026
131
15:05 / 28 Sentyabr 2026
55
14:55 / 28 Sentyabr 2026
51
14:45 / 28 Sentyabr 2026
56
14:25 / 28 Sentyabr 2026
55
14:02 / 28 Sentyabr 2026
90
14:00 / 28 Sentyabr 2026
67
13:46 / 28 Sentyabr 2026
71
13:43 / 28 Sentyabr 2026
62
13:30 / 28 Sentyabr 2026
643
13:24 / 28 Sentyabr 2026
126
13:09 / 28 Sentyabr 2026
385
12:58 / 28 Sentyabr 2026
91
12:55 / 28 Sentyabr 2026
77
12:37 / 28 Sentyabr 2026
92
12:32 / 28 Sentyabr 2026
88
12:22 / 28 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.