Qaynar xətt:

(+99450) 247 90 86

Kabinetdə gərginlik: Nikol nazirləri istefaya göndərir

Kabinetdə gərginlik: Nikol nazirləri istefaya göndərir

CƏMİYYƏT

297

07.09.2023, 13:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın icra hakimiyyətində vəziyyət gərgindir. Paşinyan nazirlərdən narazıdır və yaxın vaxtlarda hökumətdə bir neçə şəxsin işdən çıxarılması gözlənilir.

OXU24.COM  bildirir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

"İrəvan Ağsaqqallar Şurasına seçkidən sonra vəzifəsini tərk edəcək ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, eləcə də ətraf mühit naziri Akop Simidyan diqqət mərkəzindədir. Lakin icra hakimiyyətindəki mənbələrə görə, Nikol bununla kifayətlənməyəcək. Yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan, həmçinin əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın da öz postlarını tərk edəcəyi planlaşdırılır. Hökumətdə ixtisarlarla bağlı söz-söhbətlərə görə, gərgin vəziyyət yaranıb. Nazirlər nəfəslərini tutub gözləyirlər ki, Paşinyanın növbəti hədəfi kim olacaq, vəzifəsi ilə kim vidalaşacaq? Paşinyan isə tələsmir. O, İrəvan Ağsaqqallar Şurasına seçkini gözləyir və bundan sonra Nazirlər Kabinetində "təmizləmə"yə başlayacaq. Sirr deyil ki, hazırda Paşinyanın demək olar ki, bütün komanda yoldaşları ilə münasibətləri gərgindir. Nikol heç kimə güvənmir və buna görə də tezliklə işdən çıxaracağı nazirlərə əvəzləyici tapa bilmir", - məlumatda deyilib.