Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94962
az

Zəncirvari qəzalarda sığorta ödənişləri necə tənzimlənir? - VİDEO

13:3507 Sentyabr, 2023
186
CƏMİYYƏT
  • A

Dünən Yasamal rayonunda baş verən zəncivari qəzada eyni anda 10-a yaxın avtomobilə ciddi ziyan dəyib. Hadisəyə sürücülərdən birinin avtomobilini yüksək sürətlə idarə etməsinin səbəb olduğu bildirilir.

Ümumilikdə isə qəzada avtomobillərə dəymiş zərərin 10 min manatdan artıq olması ehtimal edilir. Bu hadisə bir daha zəncirvari qəzalarda sığorta ödənişlərinin hansı qaydada edilməli olduğunu gündəmə gətirib.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, sığorta eksperti Vüsal Bədəlov deyir ki, Bakı tıxaclar şəhəri olduğu üçün belə hadisələr tez-tez olur. Xüsusilə bu kimi hadisələrdə sığorta ödənişləri zamanı ciddi narazılıqlar yaranır. Çünkü belə hadisələrdə zərər vuranın sığorta şirkəti maksimum 5 min manatlıq maddi ziyanı qarşılayır.
Ətraflı
Ad - 00:30

Ekspertin sözlərinə görə, əslində sürücülərin az bir məbləğ ödəməklə öz məsuliyyət sığortalarının məbləğini artırmaq imkanları var. Yəni sürücülər icbari avtosığorta ödənişindən əlavə təxminən 20-40 manat əlavə ödəməklə 5 min deyil, əlavə 10 min manata qədər təminat ala bilərlər.

Ekspert deyir ki, əgər şəxsin əlavə məsuliyyət sığortası yoxdursa, bu zaman o, zərərçəkmişlər tərəfindən məhkəməyə verilə bilər. Nəticədə məhkəmə qaydası ilə dəyən zərər həmin şəxsin öz hesabına qarşılanır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək