Qaynar xətt:

(+99450) 247 90 86

Bu abidələr qorunmaya alınacaq

Bu abidələr qorunmaya alınacaq

CƏMİYYƏT

402

06.09.2023, 19:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkə əhəmiyyətli memarlıq abidələri olan Alban məbədi (1197-ci il, Tuğ kəndi) və Qırmızı məbəd (1000-ci il, Tuğ kəndi) "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun tərkibinə daxil edilib.

OXU24.COM  Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nda dəyişiklik edib.

Yerli əhəmiyyətli memarlıq abidələri - Məbəd (XIII əsr, Tuğ kəndi), Məbəd (1747-ci il, Tuğ kəndi) və Körpü (XVIII əsr,Tuğ kəndinin yaxınlığında) də "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun tərkibinə daxil edilib.