Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94908
az

Bu evləri alanlar problemlərlə üz-üzə qalır - AÇIQLAMA

15:1006 Sentyabr, 2023
97
CƏMİYYƏT
  • A

Bələdiyyə sənədi ilə fərdi evlər alan vətəndaşlar sonradan bir çox problemlərlə üz-üzə qalır.

OXU24 .COM bildirir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, ilk növbədə vətəndaşlar qeydiyyat problemi ilə rastlaşırlar.

"Vətəndaşlar həmin evə qeydiyyata düşə bilmirlər. Eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla bağlı problem ortaya çıxır. Bundan başqa, həmin evdə məskunlaşan sakinlərin hüquqlarının müxtəlif istiqamətlərdə təmin olunmaması ilə bağlı məsələlər var", - deyə R.Osmanlı bildirib.

O qeyd edib ki, bələdiyyənin verdiyi sənəd mülkiyyət hüququnu təsdiq edən sənəd deyil.

"Mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığına görə vətəndaşlar həmin sənədlərlə müəyyən əməliyyatlar apara bilmirlər, qeydiyyata düşə bilmirlər, təhsil, səhiyyə, sığorta və digər hüquqlardan istifadə edə bilmirlər. Eyni zamanda, həmin evlərin üzərində sərəncam hüquqları yoxdur, yəni vətəndaş o evi rəsmi qaydada sata, girov qoya, bağışlaya bilmir. Ona görə ev alarkən bunlara diqqət yetirmək lazımdır", - deyə R.Osmanlı bildirib.

O əlavə edib bələdiyyə sənədi ilə olan evlərlə rəsmi çıxarışı olan evlərin qiymətində 15-30 faiz arası qiymət fərqi olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi