Qaradağ rayonuna icra başçısı təyin edilib
28 Sentyabr 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
362
04.09.2023, 13:37
Prezident İlham Əliyev “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.
Oxu24.com-un xəbərinə görə, Sərəncamda deyilir ki, Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olmuşdur. Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri var.
Sənəd Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada turizmin inkişaf etdirilməsi məqsədilə imzalanıb.
Sərəncamla Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu elan edilib.
Nazirlər Kabineti beş ay müddətində qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Turizm Agentliyinə isə qoruğun idarə olunmasını təmin etmək və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
18:39 / 28 Sentyabr 2026
1
18:32 / 28 Sentyabr 2026
23
18:19 / 28 Sentyabr 2026
33
18:15 / 28 Sentyabr 2026
30
18:09 / 28 Sentyabr 2026
40
18:02 / 28 Sentyabr 2026
45
17:58 / 28 Sentyabr 2026
51
17:56 / 28 Sentyabr 2026
45
17:49 / 28 Sentyabr 2026
47
17:48 / 28 Sentyabr 2026
51
17:25 / 28 Sentyabr 2026
326
17:20 / 28 Sentyabr 2026
56
17:09 / 28 Sentyabr 2026
59
17:06 / 28 Sentyabr 2026
489
17:03 / 28 Sentyabr 2026
64
16:59 / 28 Sentyabr 2026
89
16:45 / 28 Sentyabr 2026
61
16:17 / 28 Sentyabr 2026
70
16:16 / 28 Sentyabr 2026
74
16:00 / 28 Sentyabr 2026
65
15:36 / 28 Sentyabr 2026
131
15:21 / 28 Sentyabr 2026
223
15:16 / 28 Sentyabr 2026
208
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.