Rayonlara yağan leysan yağışlar bır sıra fəsadlara səbəb olub.
Şəki rayonunun Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Şəkinin eyni adlı Şəki kəndində suvarma kanalının daşması nəticəsində 150 -yə yaxın təssərrüfata ziyan dəyib.
OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, sel suları kənd daxili yollara basıb, bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. təsərrüfatlara ciddi ziyan dəyib.
Ötən gün yağan güclü yağış Göygöldə də bir sıra fəsadlar törədib. Rayon mərkəzində küçələrdən keçən sel bir neçə evə dolub, həyətyanı sahələrə ziyan vurub. Göygöl şəhərinin Ordubadi, Şəhriyar, Qaçaq Nəbi və Abdulla Şaiq küçələrində 6 fərdi ev yağış sularından daha ciddi zərər görüb.
Yağışın fəsadlarının aradan qaldırılması və növbəti anoloji hallarda daha ciddi fəsadların baş verməsinin qarşının alınması istiqamətində tədbirlər həyata keçirilib.
Qeyd edək ki, sığorta şirkətləri tərəfindən yağış sularının davamlı risk altında qoyduğu ərazilərdə yerləşən evlərin sığrta olunmaması da vətəndaşları ciddi narahat edən məsələlərdəndir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
ŞƏRHLƏR