Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94390
az

Göyçayda sel: Kəndlə əlaqə kəsildi

21:3627 Avqust, 2023
116
CƏMİYYƏT
  • A

Ötən gün Göyçaya gələn sel rayonun beş kəndində o cümlədən Qaraməryəm, Aşağı Qaraməryəm, Qarayazı, Qarabqqal və Bığır kəndlərində bir sıra fəsadlara yol açıb.

OXU24.COM məlumatına görə, hazırda Aşağı Qaraməryəm kəndində körpünün uçması nəticəsində kəndlə rayon arasında əlaqə tam kəsilib.

Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev bildirib ki, İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində Göyçaya sel gəlib. Təbii hadisə beş kəndi əhatə edib. Sel rayonun Aşağı Qaraməryəm kəndində beş körpünü dağıdıb.

Sel nəticəsində ən çox ziyan çəkən rayonun Qarayazı, Qaraməryəm, Aşağı Qaraməryəm, Qarabaqqal və Bığır kəndləridir. Hazırda selin rayona vurduğu ziyanın həcmi hesablanır.

Qeyd edək ki, sel nəticəsində rayonda xeyli sayda obyektlərə, evlərə, şəxsi təsərrüfatlara da ziyan dəyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Hansı çaylar arıqlamağa kömək edir?
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi