ABŞ dermatoloqu Skott Valter vanna otaqlarında gizlənən təhlükəni ortaya çıxarıb.
OXU24.COM xəbər verir ki, insanların dəri və ağciyərlərinə zərər verməmək üçün hamamdakı duş başlıqlarını təmizləməli olduqlarını vurğulayan Skott Valter təhlükənin "biofilm"rdən qaynaqlandığını vurğulayıb.
"Bunu bu il getdiyim bir dermatoloji konfransda öyrəndim. Duş başlıqlarımızda yaşayan biofilm adlı bakteriya qrupları bir qalaya bənzəyir, onlara asanlıqla qalib gəlmək olmur".
Biofilmlər hüceyrələrin səthinə yapışan mikroorqanizmlər toplusudur. Bir-birinə bağlı hüceyrələr adətən onlar tərəfindən istehsal olunan hüceyrədənkənar polimerik maddəyə (EPS) yerləşir. Buna görə də onları yerləşdikləri yerlərdən təmizləmək asan deyil.
Bakterial biofilmlərin dəri və tənəffüs problemlərinə səbəb olduğu ifadə edilib. Həkim Valter siqaret çəkənlərin, ağciyər xəstəliklərindən əziyyət çəkənlərin və immun sistemi zəif olanların xüsusilə diqqətli olmaları barədə xəbərdarlıq edib.
Amerika Mikrobiologiya Cəmiyyətinin apardığı araşdırma da sübut edib ki, duş başlıqlarında yerləşən bakteriyalar duş zamanı spreyə çevrilir və insanlar onları nəfəslərinə çəkərək xəstələnirlər.
Dermatoloq duş başlıqlarını təmizləmək üçün ağ sirkədən istifadə edilə biləcəyini qeyd edib:
Birinci üsul - duş başlığını ağ sirkə ilə dolu bir qaba qoyun və ən az 4-5 saat sirkə içində saxlayın.
İkinci üsul - duş başlığını içi ağ sirkə ilə doldurulmuş polietilen torbaya qoyub ağzını möhkəm yapışdırın.
Mütəxəssislər deyirlər ki, duş başlığı ən azı ayda bir dəfə təmizlənməlidir.
Oxu24.com
ŞƏRHLƏR