Milli Hidrometeorologiya Xidməti bu tarixdə Azərbaycana qar yağacağını AÇIQLADI
28 Sentyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
384
27.08.2023, 10:00
Beynimizin müsbət olaraq qəbul etdiyi hər şey bədənimizdə xoşbəxtlik hormonlarının ifraz olunmasına kömək edir. Bu da insanın pozitiv hiss etməyinə gətirib çıxarır.
OXU24.COM bildirir ki, bunun üçün həyatınızda kiçik dəyişikliklər etmək kifayətdir. Xoşbəxtlik sağlamlığa da yardım edir. Nə qədər xoşbəxt olsaq, bir o qədər yaxşı hiss edirik. Çox vaxt sadə səbəblərdən özümüzü narahat etməyimiz və boş yerə kədərlənməyimiz orqanizmimizə heç də asan təsir etmir.
Sizi xoşbəxt edəcək amillər
Gülmək - Dünyanın ən sadə hərəkətlərindən biri olan gülmək sizi dərdlərinizdən uzaqlaşdırır. Çünki beyniniz gülümsəməyi xoşbəxtliklə əlaqələndirir və bədəndə serotonin, endorfin istehsalına başlayır.
Gəzintiyə çıxın - İdmanın bədənimiz üçün faydalarını saymaqla qurtara bilmərik. Məsələn, böyümə hormonlarının istehsalını stimullaşdırmaqla, bədəndə təmir və böyümə effekti yaradır. Eyni zamanda özümüzü yaxşı hiss etdirən dopamin, depressiya və narahatlıq əlamətlərini azaldan serotonin və endorfin istehsalını dəstəkləyir. Üstəlik, onların baş verməsi üçün hətta yarım saat kifayətdir. Özünüzü pis hiss etdiyiniz zaman çölə çıxın və bacardığınız qədər gəzin, qaçın və ya üzün.
Pozitiv insanlarla görüşün - Sizi incidən və ya narahat edən insanlardan uzaq durun. Bu mümkün deyilsə, məsafəni saxlayın. Özünüzü pozitiv insanlarla əhatə edin. Onlar sizi mənfi emosiyalardan yayındırırlar.
Yeni nələrsə öyrənin - Yeni şeylər öyrənmək sizi xoşbəxt edəcək. Yorulduğunuz zaman öyrənmək istədiyiniz şeylərə diqqət yetirin. Həyatınıza zövq alacağınız və sizi xoşbəxt edəcək şeyləri daxil edin.
Sosial şəbəkədən istifadəyə limit qoyun - Sosial şəbəkələrdə insanlar çox vaxt necə görünmək istədiklərinə görə paylaşımlar edirlər. Davamlı olaraq belə yazılara məruz qalırsınızsa, bir müddət sonra öz həyatınızın monoton, rəngsiz, mənasız, sıradan və darıxdırıcı olduğunu hiss etdirə və bədbəxt olmanıza səbəb ola bilər. Ona görə də insanları izləməyi dayandırın və virtual aləmdə deyil, real dünyada olun.
Anı yaşa - Həyatınıza sadəcə günlər əlavə etmək əvəzinə, günlərinizə həyat əlavə edin. Unutmayın ki, həqiqətən sahib olduğumuz yeganə vaxt indi, yalnız sizin yaşadığınız andır. "Həyat bir gündür, o da bu gündür". Səhərlər bu şüarı zümzümə edərək oyanın.
Mükəmməl olmayın - "Mükəmməl olacağam" düşüncəsi ilə özümüzə təzyiq etmək həyatımızı zəhərləməkdən, stresdən başqa heç bir təsir yaratmır. Qüsurlarınızı da qəbul etsəniz, yüngülləşərsiniz.
Səfərə çıxın - İmkanınız varsa tətilə çıxın və ya bir günlük səyahətlə təbiətlə iç-içə olmaq üçün özünüzə imkanlar yaradın. Fərqli mühitlər enerji verir. Sizi gündəlik həyatın bütün qayğılarından fiziki olaraq uzaqlaşdırır və zövq aldığınız şeylərə diqqət yetirməyə imkan verir.
Gündüz işığını alın - Məşhur inancın əksinə olaraq, D vitamini təkcə sümükləri və immunitet sistemimizi gücləndirmir, eyni zamanda bədəndəki depressiya şikayətlərini azaldaraq serotonin istehsalını dəstəkləyir. Bu səbəbdən gün işığına çıxmalıyıq ki, dərimiz gün ərzində D vitamini istehsal edə bilsin. Bir mənada günəş özü ilə xoşbəxtlik gətirir.
Həmçinin oxuyun
23:02 / 28 Sentyabr 2026
1002
22:58 / 28 Sentyabr 2026
19
22:51 / 28 Sentyabr 2026
29
22:40 / 28 Sentyabr 2026
262
22:35 / 28 Sentyabr 2026
116
22:34 / 28 Sentyabr 2026
118
22:28 / 28 Sentyabr 2026
130
22:24 / 28 Sentyabr 2026
51
22:15 / 28 Sentyabr 2026
49
21:56 / 28 Sentyabr 2026
59
21:55 / 28 Sentyabr 2026
78
21:51 / 28 Sentyabr 2026
50
21:48 / 28 Sentyabr 2026
60
21:40 / 28 Sentyabr 2026
2279
21:36 / 28 Sentyabr 2026
57
21:33 / 28 Sentyabr 2026
52
21:31 / 28 Sentyabr 2026
60
21:13 / 28 Sentyabr 2026
128
21:06 / 28 Sentyabr 2026
64
21:00 / 28 Sentyabr 2026
53
20:55 / 28 Sentyabr 2026
120
20:53 / 28 Sentyabr 2026
128
20:40 / 28 Sentyabr 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.