Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9433
az

Bu şəxslərə pulsuz mənzillər veriləcək - VİDEO

22:3629 Yanvar, 2019
778
CƏMİYYƏT
  • A
 
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunurlar. Dövlət başçısının ötən gün imzaladığı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair sərəncamı bunu bir daha təsdiq edir. Bu məqsədlə daha 35 milyon manat vəsait ayrılıb ki, bu da ən azı 850 ailənin mənzillə təmin olunması deməkdir.

Bu il daha 850 Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin olunacaqlar. Qeyd edək təkcə ötən il 625 müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdu ki bu da illər üzrə rekor göstərici idi.

Dövlət başçısının sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 35 milyon manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri artıq nazirliyin saytına daxil olaraq növbəliliyi müəyyən edə bilərlər

Qeyd edək ki, 1997-2018-ci illər ərzində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6500-dən çox mənzil verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub