Qaynar xətt:

(+99450) 247 90 86

İstanbulda əhalinin sayı 15 milyonu ötüb

İstanbulda əhalinin sayı 15 milyonu ötüb

CƏMİYYƏT

379

25.08.2023, 22:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İstanbulda əhalinin sayı 15 milyon nəfəri keçib.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb. 

Bildirilir ki, son siyahıyaalmanın nəticələrinə görə, ümumilikdə Türkiyə əhalisinin sayı 84 milyonu ötüb. 

Məlumata görə, əhalinin artımı ən çox İstanbulda qeydə alınıb. Bununla belə, İstanbulda yaşayan 13 milyon sakindən çoxu ölkənin fərqli vilayətlərində qeydiyyatdadırlar. 

Qəzet yazır ki, sözügedən şəhərdə yaşayan 2 164 766 nəfər rəsmi olaraq meqapolisin sakini kimi qeydiyyata alınıb. 

Statistikaya əsasən, İstanbulda əsas olaraq Giresun, Ərzurum, Ərzincan və Kars vilayətlərində qeydiyyatda olan şəxslər yaşayır.