Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkədə koronavirusun yeni variantına yoluxma aşkarlandı

Bu ölkədə koronavirusun yeni variantına yoluxma aşkarlandı

CƏMİYYƏT

318

23.08.2023, 16:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Misirdə koronavirusun yeni variantı "eris" müəyyən edilib.

OXU24.COM  xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi iki yoluxma halının qeydə alındığını bildirib.

"Qripə bənzər xəstəliklər, kəskin respirator infeksiyalar və pnevmoniyanı izləyən mərkəzlərin test nəticələri COVID-19 EG-5.2 variantının iki müsbət halını təsdiqləyir", - nazirlik bildirib.

 

Xəstələrin yaşı açıqlanmır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.