İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
349
22.08.2023, 19:25
Novxanıda fəaliyyət göstərən ictimai iaşə obyektində ciddi pozuntular aşkar edilib.
OXU24.COM xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Novxanı kəndi, ev.709Z M.0 ünvanında yerləşən "Spring Hall" MMC-yə məxsus otelin həyətyanı sahəsində fəaliyyət göstərən mətbəxdə plandankənar yoxlama həyata keçirib. Yoxlama sözügedən mətbəxdə hazırlanan toyuqlu pizzanı qəbul etdikdən sonra 2-si böyük, 4-ü uşaq olmaqla, 6 nəfərin qida zəhərlənməsi diaqnozu ilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilməsi ilə bağlı Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AQTA-nın "1003-Çağrı Mərkəzi"nə daxil olan təcili bildiriş əsasında aparılıb.
Yoxlama zamanı obyektdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, dondurucuda yararlılıq müddəti bitmiş, eyni zamanda temperatur rejiminə əməl olunmadan saxlanılan qida məhsulları aşkarlanıb. Həmçinin qida obyektində təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, soyuducu və dondurucularda mal qonşuluğu prinsiplərinin pozulduğu müəyyən edilib. Bununla yanaşı, işçilərin gigiyenik təlimlərə cəlb edilməsinə dair sənədlər və onların ilkin və dövri tibbi müayinələrdən keçməsi ilə bağlı tibbi arayışlar yoxlamaya təqdim olunmayıb.
Müayinələrin aparılması üçün bir sıra məhsul nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsinə əsasən, qaynadılmış-didilmiş toyuq filesi məhsulu texniki normativ sənədlərin tələblərinə uyğun olmayıb. Aşkarlanmış nöqsanlarla əlaqədar protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.




Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
29
23:52 / 28 Sentyabr 2026
39
23:19 / 28 Sentyabr 2026
60
23:06 / 28 Sentyabr 2026
141
23:02 / 28 Sentyabr 2026
1213
22:58 / 28 Sentyabr 2026
59
22:51 / 28 Sentyabr 2026
53
22:40 / 28 Sentyabr 2026
710
22:35 / 28 Sentyabr 2026
201
22:34 / 28 Sentyabr 2026
165
22:28 / 28 Sentyabr 2026
157
22:24 / 28 Sentyabr 2026
70
22:15 / 28 Sentyabr 2026
59
21:56 / 28 Sentyabr 2026
74
21:55 / 28 Sentyabr 2026
89
21:51 / 28 Sentyabr 2026
59
21:48 / 28 Sentyabr 2026
72
21:40 / 28 Sentyabr 2026
2326
21:36 / 28 Sentyabr 2026
63
21:33 / 28 Sentyabr 2026
60
21:31 / 28 Sentyabr 2026
68
21:13 / 28 Sentyabr 2026
134
21:06 / 28 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.