Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94097
az

Rusiya nüvə silahı olan iqtisadi cırtdandır - Borrell

17:4020 Avqust, 2023
179
CƏMİYYƏT
  • A

Rusiya Ukraynaya qarşı müharibədə uğur qazana bilməyəcək və dünyada Çin kimi çəkiyə malik deyil.

OXU24.COM  xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

AB diplomatı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı işğala başlamaq qərarına gələrək, demək olar ki, hər şeydə, xüsusən də enerji asılılığına görə AB ölkələrinə nəzarət etmək imkanında yanılıb.

"Putin özünü xilas etmək üçün xalqını və ordusunu qurban verməyə hazırlaşır, buna görə də sülh danışıqları aparmaq çətindir", - Borrell vurğulayıb.

Eyni zamanda, Borrell Ukraynanın "sülh formuluna" dair Səudiyyə Ərəbistanında keçirilən son danışıqlarını müsbət qiymətləndirərək, Çinin bu danışıqlarda iştirakına diqqət çəkib:

"Baxmayaraq ki, Çin heç vaxt Rusiyaya dəstəyini azaltdığını və ya onun aşkar məğlubiyyətinə töhfə verdiyini birbaşa deməyəcək. Pekin hazırkı vəziyyətdən qətiyyən razı deyil. Ən azı nüvə silahlarından istifadə məsələsində...".

AB-nin Çinə qarşı siyasəti və onun yaratdığı çağırışları şərh edən Borrell bildirib ki, Pekin və Moskvanı müqayisə etmək mümkün deyil.

"Birincisi, Çin Rusiya deyil. Çin əsl geosiyasi aktordur, Rusiya isə atom bombası olan yanacaqdoldurma məntəqəsi kimi iqtisadi cırtdandır", - deyə Borrell mərhum ABŞ senatoru Con Makkeyinin sözlərindən sitat gətirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"
"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb