Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin köməkçisi “France24”ə cavab verdi: “Bu, təbliğatın iyrənc formasıdır”

Prezidentin köməkçisi “France24”ə cavab verdi: “Bu, təbliğatın iyrənc formasıdır”

CƏMİYYƏT

285

19.08.2023, 12:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.

OXU24.COM  bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" (tvitter) sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

H.Hacıyev qeyd edib ki, "France24" agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, "France24" həmin şəkli "erməniləşdirib".

"Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır", - Hikmət Hacıyev vurğulayıb.