Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94031
az

3 aydır idarə etmədiyi avtomobilə 50 AZN CƏRİMƏ GƏLİB - VİDEO

12:4919 Avqust, 2023
107
CƏMİYYƏT
  • A

Paytaxtın Xətai rayonunda yaşayan bir sakinin başına qəribə hadisə gəlib.

OXU24.COM  TV-yə istinadən bildirir ki, vətəndaş 3 aydır avtomobilindən istifadə etmir, amma ona cərimə yazılıb.

Bu iddia ilə çıxış edən Xətai rayon sakini Rafiq Bədəlovun sözlərinə görə, minik avtomobilini sonuncu dəfə bu ilin may ayında sürüb. Sonra isə nəqliyyat vasitəsinin mühərrikində problem yaranıb və sürülməyib.

"Avtomobil 3 aya yaxındır ki, həyətdə istifadəsiz qalıb."

Rafiq Bədəlov bildirir ki, avqustun 15-də adına 50 manat cərimə gəlib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq:

"Əgər nəqliyyat vasitəsi hərəkətdə olubsa, inzibati xətanın mövcudluğu barədə vətəndaşa məlumat veriləcək. Bu kimi halla qarşılaşan sürücülər varsa aidiyyəti üzrə İdarəyə müraciət edə bilərlər", - deyə qurumdan bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vüsal Cəfərova vəzifə verildi
Evdə havanın keyfiyyətini necə yaxşılaşdırmaq olar?
Azərbaycanda daha bir tələbə öldü - FOTO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı