Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93995
az

Kəlbəcər əvvəlki əzəmətini geri qaytarır... - VİDEO

16:4318 Avqust, 2023
167
CƏMİYYƏT
  • A

İşğaldan azad olunun digər rayonlarımız kimi Kəlbəcər də əvvəlki əzəmətini geri qaytarır. Şəhərdə müasir infrastrukturun qurulması birbaşa ölkə rəhbərinin diqqət mərkəzindədir.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, millət vəkili Aqil Məmmədov deyir ki, Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə prezidentin ehtiyat fondundan 80 milyon manat vəsaitin ayrılması, dövlət başçısı İlham Əliyevin işğal dövründə yerlə yeksan edilən ərazilərdə quruculuq işlərinə böyük  önəm verdiyini göstərir.

Millət vəkili qeyd edib ki, Ölkə rəhbərinin Kəlbəcərə bir neçə dəfə səfər etməsi, görülən işlərlə yerində maraqlanması böyük əhəmiyyət daşıyır.

Aqil Məmmədovun sözlərinə görə, yeni sərəncam həm də kəlbəcərli sakinlərin öz doğma yurdlarına qayıdışını bir qədər də tezləşdirəcək.

Millət vəkili əlavə edib ki, Kəlbəcərdə turizm sahəsində də yeni layihələrin icrası həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi