İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
333
17.08.2023, 14:51
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
Oxu24.com xəbər verir ki,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov avqustun 16-da Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa, Zəngilan şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Qəbulda 20 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həqiqi hərbi xidmətə bərpa olunma, Vətən müharibəsində iştiraka görə təltif olunma, müharibə veteranı adı və vəsiqəsinin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
SHXÇDX rəisi Mürsəl İbrahimov qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib. Vətəndaşların bölgələrdə qəbul edilməsi müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
150
23:52 / 28 Sentyabr 2026
66
23:19 / 28 Sentyabr 2026
78
23:06 / 28 Sentyabr 2026
175
23:02 / 28 Sentyabr 2026
1392
22:58 / 28 Sentyabr 2026
77
22:51 / 28 Sentyabr 2026
62
22:40 / 28 Sentyabr 2026
944
22:35 / 28 Sentyabr 2026
237
22:34 / 28 Sentyabr 2026
196
22:28 / 28 Sentyabr 2026
178
22:24 / 28 Sentyabr 2026
81
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
103
21:51 / 28 Sentyabr 2026
72
21:48 / 28 Sentyabr 2026
82
21:40 / 28 Sentyabr 2026
2355
21:36 / 28 Sentyabr 2026
69
21:33 / 28 Sentyabr 2026
68
21:31 / 28 Sentyabr 2026
76
21:13 / 28 Sentyabr 2026
144
21:06 / 28 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.