İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
278
16.08.2023, 14:00
"Nicatın qəza keçirməsini eşidən kimi, gecə saat 02:00-da qaçdıq xəstəxanaya. Səhər 07:00-da gəlmişəm evə. Hər kəs orada idi, hamı dua edirdi. Hər şey yaxşı olacaq. Əlimizdən bir şey gəlmir, sadəcə dua edək. İnsanların acısından bəslənməyin, bəsdirin, qurtarın neqativinizi insanların üzərinə tökdünüz. Ağlınıza gələni bilib-bilmədən danışmayın".
OXU24.COM bildriir ki, bu sözləri keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun bloqer qızı Aysel Şükürova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Aysel "Nikosayağı" adı ilə məşhurlaşan bloqer Nicat Şakirlinin düşdüyü dəhşətli qəzadan sonra çəkilən videoları sosial mediada paylaşanları sərt şəkildə tənqid edib:
"Siz çox günahsızsınız? Səhvsizsiniz? Mükəmməlsiniz? Sizinlə eyni havanı udmaqdan iyrənirəm. Hələ xəstəxanada canlı açıb, "prim" yığan boynu yoğunların neçəsi ilə dalaşıb, canlılarını bağlatdırdım. Murdarsınız! Bir insan həyatı heç bir aktivlikdən "follow" yığma həvəsindən daha əskik ola bilməz. Özünüzə gəlin! Kimdə nə video varsa saxlasın özünə, paylaşmayın. Onları ailəsi baxır. Siz hansı ağıldasınız ki, o an orada kömək etmək əvəzinə video çəkmisiniz, hələ utanmadan "Hekayə bölümündə paylaşdım, girin baxın" yazırsınız.
Düşünmürsünüz ki, o videonu görən doğması nə hala qala bilər? Yaşadığı travma ömürlük bəsdir. Çəkdiyiniz görüntülərlə hələ bir ölümsüzləşdirirsiniz həmin anları. Bir kəlmə "Allah kömək etsin" yazın, bəsdir. Dünən ailəsinin ayaq üstə dayanmağa halı yox idi. Hamı şokda, məyus, üzgün idi... Siz də videolar qoyursunuz, utanmadan hələ pis şərhlər yazırsınız. Sanki siz o yazdıqlarınızla günah qazanmırsınız? Ən böyük günah sizə yazılır. İnsanların haqqına girib, acılarından bəslənməyi buraxın. Dünən xəstəxanada Nicatı sevən izləyiciləri, dostları necə göz yaşı tökürdülər, dua edirdilər. Nə olar ki, siz də dua edəsiniz. Ağzınıza, ağlınıza gələni yazmayın, danışmayın. Bu pis günlər keçər, amma siz pis insan olaraq qalacaqsınız. Ona görə də heç zaman qabağa getməyəcəksiniz".
Qeyd edək ki, Nicatın idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan bloqerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.
Məqaləyə dair fotomateriallar:

Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
154
23:52 / 28 Sentyabr 2026
68
23:19 / 28 Sentyabr 2026
80
23:06 / 28 Sentyabr 2026
176
23:02 / 28 Sentyabr 2026
1404
22:58 / 28 Sentyabr 2026
77
22:51 / 28 Sentyabr 2026
63
22:40 / 28 Sentyabr 2026
950
22:35 / 28 Sentyabr 2026
240
22:34 / 28 Sentyabr 2026
198
22:28 / 28 Sentyabr 2026
179
22:24 / 28 Sentyabr 2026
81
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
105
21:51 / 28 Sentyabr 2026
72
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2357
21:36 / 28 Sentyabr 2026
69
21:33 / 28 Sentyabr 2026
68
21:31 / 28 Sentyabr 2026
76
21:13 / 28 Sentyabr 2026
144
21:06 / 28 Sentyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.