Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93857
az

Kondisionersiz evdə istidən xilas olmağın SADƏ ÜSULLARI

10:1615 Avqust, 2023
211
  • A

Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da anomal istilər hökm sürür.

Yüksək temperatur sağlamlığımıza və gündəlik həyatımıza mənfi təsir göstərir. Kondisioner olmayan mənzildə istidən xilas olmaq xüsusilə çətindir. Ancaq otağı və özünüzü sərinlətməyin sadə, effektli üsulları mövcuddur.

OXU24.COM  xəbər verir ki, ilk  növbədə, sərin duş qəbul edin və ya dərinizi soyutmaq üçün nəm kompreslərdən istifadə edin. Hətta ayaqlarınızı bir kasa buzlu suya qoymaq da sizə sərinləməyə kömək edə bilər.

Sərbəst və açıq rəngli paltarlar geyinin. Pambıq və kətan kimi təbii liflər parçanın nəfəs almasını təmin edir.

Sərinkeşlərin və ya pəncərələrin qarşısına nəm dəsmallar asın və ya buzlu su şüşələri qoyun. Bu, daxildəki havanın soyumasına kömək edəcək.

Qaranlıq pərdələrdən istifadə edin. Onlar birbaşa günəş işığından və otağı həddən artıq isinmədən qoruyur.

İstilik yaradan elektron cihazları və işıqları söndürün.

Yeməkləri gecə saatlarında və ya əksinə, səhər tezdən, hava hələ o qədər də isti olmayanda bişirin.

Çöldə hava nisbətən sərin olanda, məsələn gecə ikən otaqları havalandırın. Səhər tezdən istilik başlamazdan əvvəl pəncərələri bağlayın.

Adi lampaları LED lampalarla əvəz edin. Belə lampalar otağınızı əlavə olaraq qızdırmayacaq.

Aspiratoru işə salın. O, otaqdan isti hava və buxarın bir hissəsini çəkəcək.

Döşəkağını yatmazdan əvvəl dondurucuya qoyun. Parçanın soyuması üçün 10-15 dəqiqə kifayət edəcək. Bu, tez və rahat yuxuya getməyinizə kömək olacaq.

Gün ərzində kifayət qədər su için. Bu ya adi buzlu su, ya da nanəli içki ola bilər. Təbii mentol bədəndəki sərinlik reseptorlarını stimullaşdırdığı üçün soyutma effekti verir. Orqanizmi istiləşdirdiyi üçün alkoqol və qəhvədən çəkinin.

Bu tövsiyələrə əməl etsəniz kondisioner olmasa belə istidən rahatlıqla qurtula bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şahin Bağırov iki rəisi işdən çıxardı
Azərbaycan XİN Çinə başsağlığı verdi
Prezident yerli televiziya kanallarına müsahibə verdi -FOTO

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü