Qaynar xətt:

(+99450) 247 90 86

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada həyatını itirdi

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada həyatını itirdi

CƏMİYYƏT

307

12.08.2023, 17:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

OXU24.COM  APA-ya istinadən bildirir ki, hadisə rayonun Sarvanlar kəndi ərazisində qeydə alınıb. Rasim Çingiz oğlu Mirzəyevin idarə etdiyi "Mercedes Benz" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.

R.Mirzəyevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. O, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Faktla bağlı araşdırma aparılır.