Qaynar xətt:

(+99450) 247 90 86

Alessandro Karuso Azərbaycana gəlir

Alessandro Karuso Azərbaycana gəlir

CƏMİYYƏT

340

12.08.2023, 14:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar Azərbaycan manhıları da daxil olmaqla müxtəlif milli musiqilərin sədaları altında rəqs edərək sosial şəbəkələrdə məşhurlaşan italiyalı bloqer və milyonçu Alessandro Karuso Bakıya səfər edəcək.

Bu barədə məlumatı tiktok fenomeni “Moskva-Baku” portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, sentyabr ayında Azərbaycana səfər etmək niyyətindədir: “Sentyabr ayında Azərbaycana səfər etməyə ümid edirəm. Orada bu yaxınlarda internet vasitəsilə tanış olduğum dostum var. Məni ölkəsinə o dəvət edib. Bu xoş bir səfər olacaq”.

Bununla yanaşı, bir milyondan çox izləyicisi olan bloqer bu yaxınlarda “Noldu Paşinyan” mahnısına rəqs etməsindən də danışıb. O, sözügedən mahnını Nikol Paşinyanın kim olduğunu bilmədən seçdiyini desə də, Qarabağın Azərbaycan torpağı olduğunu yaxşı bildiyini vurğulayıb: “Azərbaycan mənim üçün superölkədir, orada gözəl insanlar var. Mən Azərbaycanı sevirəm. Heç mahnıda adı çəkilən Paşinyanı tanımıram. Bilirəm ki, Qarabağ Azərbaycandır”.