Qaynar xətt:

(+99450) 247 90 86

II qrupa daxil olmaq bu qədər asan olmayıb - 150 bal kifayətdir - VİDEO

II qrupa daxil olmaq bu qədər asan olmayıb - 150 bal kifayətdir - VİDEO

CƏMİYYƏT

257

12.08.2023, 13:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

II qrupda 150 baldan yuxarı nəticə göstərənlər bir neçə ixtisası seçə bilərlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Bu ixtisaslar marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkilidir.

Məleykə Abbaszadə  həmçinin bildirib ki, III qrupda dövlət sifarişli yerlərin sayı azaldılıb. O deyib ki, keçən illə müqayisədə III qrupda yerlərin sayı 940 yer artırılıb, dövlət sifarişli yerlərində isə artım yoxdur, əksinə 328 yer azalıb.

"Valideynlərə müraciət edirəm ki, ilk növbədə uşaqların istəklərini öyrənin, ondan sonra birgə seçim edin deyə", - DİM sədri qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: