İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1063
11.08.2023, 23:07
Azərbaycan vətəndaşlığından məhrum edilən terrorçu Zülfüqarov Kamran Azər oğlu qeyri-leqal yolla ölkə ərazisinə keçib.
Oxu24.com Xezerxeber.az-a istinadən xəbər verir ki, terrorçunun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra həmin şəxs saxlanılıb.
Kamran Zülfüqarov barəsində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) və digər maddələri ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarı ilə həbs edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində Kamran Zülfüqarovun Suriya ərazisində İŞİD-in xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsədiyi məlum olub.
Kamran Züflüqarov dini radikalizm və dini düşmənçilik zəminində Suriyanın Haritan şəhərində "Xalid dayı” dini ləqəbli Bədəlov Rövşən Kitab oğlunun rəhbərlik etdiyi, bilavasitə kəşfiyyat aparan və terror hücumları törədən qanunsuz silahlı qruplaşmanın tərkibində döyüşlərdə və silahlı münaqişələrdə iştirakına dair dəlillər əldə edilib.
"Kamran Zülfüqarov İŞİD-in tərkibində olduğu vaxt törətdikləri cinayətlərdən də danışıb”.
Kamran Zülfüqarovun daxil olduğu cinayətkar dəstənin üzvlərinin öz şəxsiyyətlərini gizli saxlamaqla əks tərəfdə vahimə yaratmaq üçün ələ keçirdikləri şəxslərin başlarını kəsərək nümayiş etdirmələri və xüsusi qəddarlıqla törətdikləri digər əməllər barədə də sübutlar toplanıb.
Kamran Zülfüqarov istintaqa verdiyi ifadə zamanı Suriyadan qaçmağının təfərrüatlarını da danışıb. O, qanunsuz silahlı qruplaşmaya qoşulmağından və törətdiyi əməllərdən peşman olduğunu bildirib.
Qeyd edək ki, 14 dekabr 1983-cü ildə Salyan rayonunda anadan olan, Azərbaycan vətəndaşı Kamran Zülfüqarov 2013-cü ildə ölkə ərazisini tərk edərək Suriyada aparılan silahlı münaqişələrdə və terror əməllərinin törədilməsində iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən toplanılmış materiallar əsasında və müvafiq qanunvericiliyə uyğun qaydada təhlükəli terrorçu kimi 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından məhrum edilib, ölkəyə girişi qadağan olunmaqla Azərbaycana qayıtmaq hüququnu itirib.
Daha ətraflı videomaterialda:
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
161
23:52 / 28 Sentyabr 2026
71
23:19 / 28 Sentyabr 2026
82
23:06 / 28 Sentyabr 2026
178
23:02 / 28 Sentyabr 2026
1429
22:58 / 28 Sentyabr 2026
79
22:51 / 28 Sentyabr 2026
64
22:40 / 28 Sentyabr 2026
965
22:35 / 28 Sentyabr 2026
244
22:34 / 28 Sentyabr 2026
200
22:28 / 28 Sentyabr 2026
180
22:24 / 28 Sentyabr 2026
83
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
106
21:51 / 28 Sentyabr 2026
73
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2364
21:36 / 28 Sentyabr 2026
72
21:33 / 28 Sentyabr 2026
71
21:31 / 28 Sentyabr 2026
77
21:13 / 28 Sentyabr 2026
147
21:06 / 28 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.