Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93706
az

İsti hava ürəyə necə təsir edir? - Bunlardan diqqətli olun

14:4911 Avqust, 2023
152
CƏMİYYƏT
  • A

Boğucu istilik damarların genişlənməsinə, maye və duzun itirilməsinə, ürək döyüntülərinin sürətlənməsinə, ürəyin iş yükünün artmasına və qanın laxtalanmasına səbəb olur. Xüsusilə ürək xəstələrində istiliklə şikayətlər arta və lazımi tədbirləri görmədikdə xəstələr ciddi problemlər yaşaya bilərlər.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, kardioloq Dəniz Kılıç istiliyin ürəyə təsirini və nəzərə alınmalı olan məqamları izah edib:

Sinə ağrısından ehtiyatlı olun.

Bədən istiliyini saxlamaq üçün dərinin və səthi toxumaların damarları genişlənir, qan axını artır, tərləmə və istilik itirilir. Bunlar ürəyin iş yükünü artırır. Ürək adekvat qan dövranını təmin etmək üçün daha sürətli işləməli olur. Xüsusilə damar tıxanıxlığı olanlarda iş yükü səbəbiylə artan qan tələbi qarşılana bilmədiyi üçün sinə ağrısı hiss edilə bilər. 

Məsləhətlər:

Həzm edilməsi çətin olan qidaları həddindən artıq miqdarda istehlak etməmək,

İsti içkilərdən istifadə etməmək, kofeinli və spirtli içkilərdən uzaq durmaq,


Günorta saatlarında çölə çıxmamaq, papaq geyinmək və çölə çıxarkən havanın keçməsini təmin edən açıq rəngli, boş paltar geyinmək,

Fasilələrlə təravətləndirici vanna qəbul etmək tövsiyə olunur.

Həkimə nə vaxt müraciət etmək lazımdır?

Xüsusilə riskli şəxslərdə bədən istiliyi artıbsa, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, əzələ ağrıları inkişaf edərsə, dərinin qızartı və quruluğu, sidik ifrazının azalması, qan təzyiqi həddindən artıq aşağı və ya yüksək olduqda, ürək döyüntüsü ilə yanaşı başgicəllənmə, qaralma, tənəffüs çətinliyi, sinə ağrısı kimi əlamətlər varsa, səhiyyə müəssisəsinə müraciət etmək məqsədəuyğun sayılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO