Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93686
az

Bu əlamətlər varsa, TƏCİLİ QAN VERİN! - Faydaları və Zərərləri

23:1710 Avqust, 2023
265
CƏMİYYƏT
  • A

Müntəzəm şəkildə qan vermək mütəxəssis tövsiyəsi sayılsa da, çox adam qan verməkdən çəkinir. İmmunitetin möhkəmlənməsi bir yana, qanvermə aksiyalarının  neçə-neçə insanın həyatını xilas etməsi də danılmazdır. 
Bundan əlavə, qan vermək  insanın özü üçün də faydalıdır. Mütəxəssislər deyir ki, qan vermək nizamlı şəkildə olmalıdır. Çünki bu zaman qan hüceyrələri yenilənir, proses zamanı hüceyrələrin  immunitetləri də möhkəmlənir. 

Qan verməyin faydaları bunlardır: 
-qan əmələ gəlməsinə məsul olan hüceyrələr və orqanlar daha sürətlə işləməyə məcbur qalır ki, nəticədə, daha çox qan istehsal edilir; 
-qan dövranı bərpa olunur; 
-qan verən insanlar psixoloji cəhətdən daha rahat olurlar; 
-kiminsə həyatını xilas etdiyini fikirləşən insan özünü xoşbəxt və lazımlı hiss edir; 

Bununla belə,  bəzi insanlar qan verməməli, ya da bunu həkim məsləhətiylə etməlidirlər: 
1) Bəzi insanlar qan verərkən başgicəllənməsi, ürəkbulanma kimi problemlər yaşayırlar. Bu insanlar həmən müayinə olunmalı, səbəb tapılmalıdır; 
2) Təcrübəli olmayan insanlar qan verərkən stressə düşə bilirlər; 
3) Qanazlığı problemi olanlar qan vermək istəsə, proses zamanı təzyiqləri düşər, ya da özlərindən gedərlər; 
4) Orqanizmdən asılı olaraq, bəzi insanlar qan verərkən oynaqlarda sərtləşmə müşahidə edilə bilər; 
5)  Stressə əsaslanan tərləmə, titrətmə kimi hallar da meydana çıxar; 

Qan verməyin əhəmiyyəti. 
Prosesin əhəmiyyəti hamı tərəfindən anlaşılsa, yəqin ki, çox adam qan vermək üçün könüllü olardı. Məsələn; bəzən  qanaxmanı dayandırmaq üçün cərrahi müdaxilə qaçılmaz olur. Məhz bu zaman qana ehtiyac yaranır.  Xəstənin xilas olması üçün qan vurulmalıdır.  Əgər nizamlı şəkildə qanvermə aksiyaları keçirilməsə, bu cür xəstələrin böyük əksəriyyəti ölərdi. 

Qan verməyin beyinə faydaları. 
Qan vermək faydalıdır. İnsan nizamlı şəkildə qan verəndə yüksək təzyiq, yorğunluq, baş ağrısı kimi narahatlıqlardan qurtulur. Bunların olmaması isə beyinin  sağlamlığı deməkdir. 

Qan verməyin ürəyə faydaları. 
Mütəmadi olaraq qan verməyin ürəyə faydalı olduğu mütəxəssislər tərəfindən təsdiqlənib. Onlar əmindirlər ki, qan verməyə adət etmiş insanlar ürək-damar problemlərindən, o cümlədən, infarktdan qorunurlar. Qanda şəkərin və xolesterolun səviyyələrinin nizamlanması da qan vermək sayəsində baş tutur.

Qan vermək arıqladırmı? 
Tez-tez rastlaşdığımız suallardandır. Amma qeyd etməliyəm ki, bu faktı təsdiqləyən elmi araşdırma hələ ki, aparılmayıb.  

Qan verməyin şərtləri. 
Hamı qan vermək istəyə bilər, lakin hər adam bunu edə bilməz. Çünki müəyyən şərtlər var: 
1. Qan verən insanın heç bir yoluxucu xəstəliyi olmamalıdır; 
2. Yaşı 19-dan aşağı və ya 66-dan yuxarı olmamalıdır; 
3. İlk dəfə qan verəcəksə, yaşı 61-dən az olmalıdır; 
4. Çəkisi 50 kq-dan az olmamalıdır;

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın baş naziri etirazları dəstəkləyən Avropa Şurasının rəhbərinə cavab verib
DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil