İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
291
10.08.2023, 13:49
Hər yay çimərlik mövsümü açılanda insanlar boğulma təhlükəsi ilə üz-üzə qalırlar. Dəniz çimərliklərində boğulanların sayı isə hər ötən il artmaqda davam edir.
OXU24.COM "qafqazinfo"ya istinadən xəbər verir ki, müxtəlif illərdə boğulanlar arasında tanınmış şəxslərin yaxınları da yer alır.
Bunlar sırasında mərhum klarnet ustası Ata Atakişiyevin böyük oğlu İlkin Atakişiyev var. O, 1996-ci ildə dənizdə boğularaq vəfat edib.
Ötən ay Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin qızları 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar Xəzər dənizində boğularaq ölüblər.
2015-ci ildə müğənni Tacir Şahmalıoğlunun kiçik qardaşı 36 yaşlı Mahir Allahverdiyev Novxanı çimərliyində boğulub.
Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Azərin qardaşı da dənizdə faciəvi şəkildə vəfat edənlər arasındadır. 29 yaşlı Cavid Əzizov Kürdəxanı çimərliyində boğularaq dünyasını dəyişib.
O vaxtlar televiziya kanalında aparıcı işləyən H. Azəri həmin günü belə xatırlayırdı: "Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi ki, necə qardaşsan, mənimlə dənizə də getmək istəmirsən. Məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Qışqırdım ki, tez sudan çıx. Gördüm tərpənmədən dalğanın ortasında qalıb. Qorxudan ürəyi partlayıbmış. Çünki meyiti yuyanlar dedilər ki, kürəyi qapqara idi. Mən onu dalğaların arasından güclə çıxartdım. Sahildə yarım saat təcili yardım maşını gözlədik. Ona süni nəfəs verdim, ağzından suyu qaytardı, amma ayılmadı. Heç xəstəxanaya çatdıra bilmədim. Evdən qardaşımı salamat apardım, meyiti ilə qayıtdım. Kaş onun yerinə mən öləydim".
Məqaləyə dair fotomateriallar:
Mərhum bəstəkarlar Nailə və Hikmət Mirməmmədlinin 16 yaşında olan böyük oğlu illər əvvəl dənizdə boğularaq dünyasını dəyişib.
Məqaləyə dair fotomateriallar:
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
161
23:52 / 28 Sentyabr 2026
71
23:19 / 28 Sentyabr 2026
82
23:06 / 28 Sentyabr 2026
178
23:02 / 28 Sentyabr 2026
1429
22:58 / 28 Sentyabr 2026
79
22:51 / 28 Sentyabr 2026
64
22:40 / 28 Sentyabr 2026
965
22:35 / 28 Sentyabr 2026
244
22:34 / 28 Sentyabr 2026
200
22:28 / 28 Sentyabr 2026
180
22:24 / 28 Sentyabr 2026
83
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
106
21:51 / 28 Sentyabr 2026
73
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2364
21:36 / 28 Sentyabr 2026
72
21:33 / 28 Sentyabr 2026
71
21:31 / 28 Sentyabr 2026
77
21:13 / 28 Sentyabr 2026
147
21:06 / 28 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.