Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93581
az

Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycanda - Şuşaya getdi - FOTOlar

12:1009 Avqust, 2023
176
CƏMİYYƏT
  • A
"Monitor" jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycana gəlib. 
 
OXU24.COM  "Qafqazinfo"ya istinadən bildirir ki, E.Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova və oğlu Aslan 17 il sonra Bakı ilə yanaşı Şuşaya da səfər edib.
 
Səfər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilib.
R.Hüseynova özü də səfərlə bağlı paylaşım edərək Bakının çox dəyişdiyini, lakin eyni zamanda əvvəlki kimi doğma və əziz olduğunu bildirib: "Məni şəhərin mərkəzinin və bulvarının miqyası valeh etdi. 17 il sonra oğlumuz Aslan öz tarixi vətəninə gəldi".
 
O, daha sonra Şuşa şəhərinə səfər etdiklərini vurğulayıb: "30 ildən sonra Şuşa bizimdir! Şuşa bizim tarixi irsimizin ürəyidir. Şuşa şəhərinə tərəf "Zəfər yolu" ilə getdikdə hərbçilərimiz tərəfindən nümayiş olunan qəhrəmanlığı tam anlayırsan".
 
Qeyd edək ki, Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Onun ailəsi hadisədən sonra Norveçə köçərək orada yaşayır.

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR