Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93565
az

Xəstələrə əzab verənlərə hökm oxundu

19:2008 Avqust, 2023
105
CƏMİYYƏT
  • A

"New Life" reabilitasiya mərkəzinin xəstələrə əzab verməkdə ittiham olunan əməkdaşlarının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

OXU24.COM  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Famil Rzayev 8 il, Orucəli Əliheydərov və Elvüsal Hüseynov 7 il, Qənbər Həsənov 6 il 6 ay, Sərxan Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa dəymiş ziyana görə, O.Əliheydərovun şəxsi avtomobili, E.Hüseynovun yaşadığı evin ona düşən hissəsi müsadirə olunub.

Qeyd edək ki, "New Life" Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan "12 addım" proqramından istifadə olunub.

Mərkəzin rəhbəri O.Əliheydərov, digər əməkdaşları-E. Hüseynov, F. Rzayev, S.Əliyev və Q. Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

İddia olunur ki, işgəncə nəticəsində pasiyentlər biri Hüseyn Məmmədov ölüb.

Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.

Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. E.Hüseynov, O.Əliheydərov və F. Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO