Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93547
az

İranda SEPAH-ın törətdiyi yanğınlar nəticəsində dələlər yanır - VİDEO

14:0308 Avqust, 2023
99
CƏMİYYƏT
  • A

Ekvador silahlı qüvvələri Türkiyədən 20 ədəd "Otokar" markalı "Cobra II" taktik təkərli zirehli maşın alıb.

OXU24.COM-un TurkicWorld-ə istinadən məlumatına görə, Ekvador terror, narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayətkar qruplarla mübarizə aparmaq üçün Türkiyədən xüsusi olaraq "Cobra II" alıb.

"Terrorizm, narkotik ticarəti və mütəşəkkil cinayətkar qruplara, təhdidlərə qarşı əməliyyat imkanlarını artıracaq yeni materialların tədarükü çərçivəsində Türkiyədən 20 taktiki maşın gətirilib", - deyə Ekvador silahlı qüvvələrindən verilən açıqlamada bildirilib.

Qeyd edək ki, Türkiyənin 400 ədəddən çox istifadə etdiyi "Cobra II"dən Ekvador da daxil olmaqla, cəmi 6 ölkə istifadə edir.

İstifadəçilər arasında Azərbaycan, Türkiyə, Tunis, Qana, Banqladeş, Birləşmiş Millətlər və bu gündən etibarən Ekvador var.


"Cobra II" müttəfiq ölkələrin və Türkiyə silahlı qüvvələrinin gələcəyə hesablanmış tələblərinə uyğun olaraq hazırlanmış üstün texniki və taktiki xüsusiyyətlərə malik modul platformadır.

Üstün hərəkət qabiliyyəti ilə yanaşı, "Cobra II" artan ballistik və minadan qorunma, böyük daxili həcm və yüksək daşıma qabiliyyəti təklif edir. Geniş çeşidli silah inteqrasiyası və missiya avadanlığı seçimləri sayəsində "Cobra II" sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatlar da daxil olmaqla, bir çox missiyada iştirak edə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü