Sadıqovla bağlı şok iddialar: 44 günlük müharibənin əvvəlində…
29 Sentyabr 2026, 10:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
383
07.08.2023, 10:00
Göyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən Vüqar Bədəlovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.
OXU24.COM xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses avqustun 9-na təyin edilib.
Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə də şikayəti təmin etməyib.
Qeyd: Hadisə 2021-ci il mayın 9-u saat 06 radələrində Göyçay rayonu, Bığır kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Məmmədova dayısı V.Bədəlov tərəfindən yastıqla boğularaq qətlə yetirilib. İttihama görə, dayı bacısı qızını namus üstə öldürüb. Belə ki, F.Məmmədova nişanlı olub. Lakin o, sonradan nişanlı ola-ola evdən qaçıb və yenidən evə qayıdıb. Hadisə günü F.Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb. V.Bədəlov da bacısı qızının bu hərəkətlərinə irad bildirib. F.Məmmədova isə onu nalayiq ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla danışmağa başlayıb. Daha sonra V.Bədəlov F.Məmmədova yatan zaman onu yastıqla boğaraq öldürüb. İstintaq orqanı tərəfindən V.Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xatırlatma: V.Bədəlov ifadəsində F.Məmmədovanın "TikTok" sosial şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını deyib.
10:44 / 29 Sentyabr 2026
1
10:37 / 29 Sentyabr 2026
36
10:34 / 29 Sentyabr 2026
34
10:30 / 29 Sentyabr 2026
39
10:19 / 29 Sentyabr 2026
40
10:17 / 29 Sentyabr 2026
55
10:00 / 29 Sentyabr 2026
198
09:58 / 29 Sentyabr 2026
51
09:48 / 29 Sentyabr 2026
54
09:46 / 29 Sentyabr 2026
49
09:43 / 29 Sentyabr 2026
52
09:41 / 29 Sentyabr 2026
47
09:39 / 29 Sentyabr 2026
51
09:17 / 29 Sentyabr 2026
48
09:07 / 29 Sentyabr 2026
99
09:05 / 29 Sentyabr 2026
53
08:17 / 29 Sentyabr 2026
56
08:14 / 29 Sentyabr 2026
251
00:06 / 29 Sentyabr 2026
248
23:52 / 28 Sentyabr 2026
116
23:19 / 28 Sentyabr 2026
110
23:06 / 28 Sentyabr 2026
229
23:02 / 28 Sentyabr 2026
2099
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.