Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93494
az

Alimentlə bağlı VACİB XƏBƏR - VİDEO

09:5007 Avqust, 2023
93
CƏMİYYƏT
  • A

"Aliment tələbinə dair məhkəmə qərarlarının çoxu yerinə yetirilmir".

OXU24.COM  Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı millət vəkillərinə müraciət edənlərin sayı olduqca çoxdur.

Millət vəkilinin sözlərinə görə, problemin aradan qaldırılması üçün ''Aliment fond''u yaradılmalıdır və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir.

Hicran Hüseynova qeyd edib ki, aliment ödəməyənlərin həbsi ilə problemi çözmək mümkün deyil. Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma, müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır.

Millət vəkili əlavə edib ki, məsələ yeniden parlamentdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Aliment Fondunun yaradılması məsələsi bir neçə dəfə Ombudsmanın illik məruzələrinə də daxil edilib. Sonradan məsələ Milli Məclis səviyyəsində də müzakirə olunsa da, bugünədək fondunun yaradılması müsbət həllini tapmayıb.

Mövzu ilə bağlı daha ətraflı reportaj təqdim edirik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanıldı