Qaynar xətt:

(+99450) 247 90 86

“Azalternativenerji” ləğv edildi

“Azalternativenerji” ləğv edildi

CƏMİYYƏT

271

06.08.2023, 11:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan "Azalternativenerji" MMC-nin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" 1 fevral 2013-cü il tarixli fərmanında dəyişiklik edib.

OXU24.COM  AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb.
Ətraflı

Fərmana əsasən, "Azalternativenerji"nin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorlarla hesablaşmalar aparılmaqla ləğv edilməsi prosesi başa çatdıqdan sonra, qalan əmlak özəlləşdirməyə açıq elan ediləcək. Bunun üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, dövlət başçısının 10 avqust 2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "ADövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq İqtisadiyyat Nazirliyi qəbul edəcək. Özəlləşdirmədə yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə veriləcək.