Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93431
az

Bu rayonlara güclü leysan yağıb - FAKTİKİ HAVA

15:3005 Avqust, 2023
141
CƏMİYYƏT
  • A

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avqustun 5-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, şimal və qərb rayonlarında intensiv və güclü olub. Avqustun 4-ü gün ərzində yağan yağıntı 5-i səhər saatlarından kəsilib.

Düşən yağıntının miqdarı: Qaxda 80 mm (aylıq normanın 143%-i), Zaqatalada 51 mm (aylıq normanın 69%-i), Balakəndə 47 mm (aylıq normanın 64%-i), Şəkidə 46 mm (aylıq normanın 82%-i), Şəmkirdə 34 mm (aylıq normanın 128%-i), Culfada 10 mm (aylıq normanın 172%-i), Gədəbəy, Lerik, Göygöl, Gəncə, Tovuz, Ceyrançöl, Şahdağ, Mingəçevir, İmişli, Sabirabad, Biləsuvar, Astara, Naxçıvan, Salyan, Daşkəsən, Ağstafadada 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Külək: Avqustun 04-də şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Göyçay, Tərtərdə 20 m/s, Beyləqan, Altıağac, Culfa, Naxçıvanda 18 m/s, Cocuqmərcanlıda 16 m/s, Kəlvəz, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Avqustun 5-i gündüzdən ölkə ərazisində hava şəraiti sabitləşəcək, əsasən yağmursuz keçəcək. Lakin 6-7-də bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu tədricən yüksələcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...