FHN: 3 nəfərin axtarışları davam edir
29 Sentyabr 2026, 11:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
277
05.08.2023, 15:14
Avropa İttifaqı (Aİ) Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) Qərbi Balkanlar və Şərq Tərəfdaşlığı regionunda Aİ ilə qonşu ölkələrə genişləndirilməsi üzrə layihələri müəyyən dərəcədə birgə maliyyələşdirə bilər.
Bu barədə Trend-ə Avropa Komissiyasından Aİ-nin Orta Dəhlizin modernizasiyasına dəstək ehtimalını şərh edərkən bildiriblər.
"Nəqliyyat infrastrukturunun planlaşdırılmasını və inkişafını əhatə edən indikativ investisiya planı beynəlxalq maliyyə təşkilatlarının investisiyalarını Qafqaz regionuna, o cümlədən Azərbaycana cəlb etməyə kömək edib. Aİ-nin Mərkəzi Asiya ilə dayanıqlı nəqliyyat əlaqələri üzrə tədqiqatının beynəlxalq təşkilatlar və özəl sektor tərəfindən regiondakı ayrı-ayrı layihələrə investisiya qoymasına daha da təkan verəcəyi gözlənilir", - deyə Avropa Komissiyasındakı mənbə bildirib.
Daha sonra təşkilatdan qeyd ediblər ki, Aİ bu yaxınlarda "Global Gateway" strategiyası çərçivəsində genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) ilə Mərkəzi Asiyanın beş ölkəsi arasında davamlı nəqliyyat əlaqələrinə dair tədqiqat dərc edib.
"Tədqiqatda Aİ-nin mövcud nəqliyyat şəbəkəsi ilə ən yaxşı və ən davamlı potensial birləşmələri öyrənilib. Tədqiqatın nəticələri bu məsələ ilə bağlı gələcək müzakirələr üçün möhkəm əsas təmin edib", - deyə Avropa Komissiyasından bildiriblər.
Təşkilatdan vurğulayıblar ki, Orta Dəhlizin bütün ölkələri arasında regional əməkdaşlıq xüsusən bütünlükdə Mərkəzi Asiya regionunun iqtisadi inkişafını dəstəkləmək və dəhlizin sadəcə tranzit marşrutu kimi fəaliyyət göstərməməsini təmin etmək üçün xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.
Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.
Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.
Bu dəhlizlə hərəkət edən marşrut keçidi yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.
11:25 / 29 Sentyabr 2026
13
11:13 / 29 Sentyabr 2026
29
11:04 / 29 Sentyabr 2026
32
10:53 / 29 Sentyabr 2026
38
10:44 / 29 Sentyabr 2026
53
10:37 / 29 Sentyabr 2026
317
10:34 / 29 Sentyabr 2026
52
10:30 / 29 Sentyabr 2026
52
10:19 / 29 Sentyabr 2026
55
10:17 / 29 Sentyabr 2026
93
10:00 / 29 Sentyabr 2026
259
09:58 / 29 Sentyabr 2026
60
09:48 / 29 Sentyabr 2026
67
09:46 / 29 Sentyabr 2026
55
09:43 / 29 Sentyabr 2026
60
09:41 / 29 Sentyabr 2026
57
09:39 / 29 Sentyabr 2026
55
09:17 / 29 Sentyabr 2026
55
09:07 / 29 Sentyabr 2026
104
09:05 / 29 Sentyabr 2026
58
08:17 / 29 Sentyabr 2026
58
08:14 / 29 Sentyabr 2026
593
00:06 / 29 Sentyabr 2026
261
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.