Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93420
az

ÜST-dən yoluxucu xəstəliklə bağlı qorxunc açıqlama

11:5005 Avqust, 2023
104
CƏMİYYƏT
  • A

İlin əvvəlindən vəba xəstəliyinə yoluxma halları 25 ölkədə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9 ölkə artıb.

OXU24.COM xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Vəba xəstəliyinin gələcəkdə yayılma riskinin çox yüksək olduğunu bildirən ÜST informasiya bülletenində qeyd edib ki, ilin əvvəlindən iyulun 15-dək ən azı 25 dövlət vəba xəstəliyinə yoluxma halları barədə məlumat verib. Ötən ilin müvafiq dövrü ərzində vəba xəstəliyinə yoluxma halları 16 ölkədə qeydə alınmışdı.
Ətraflı
Ad - 00:24

"Yoluxma hallarının sayının artmasını və coğrafi yayılmasını, vaksin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST qlobal səviyyədə riskin çox yüksək olduğunu qiymətləndirməkdə davam edir", - deyə Təşkilatın Cenevrə mənzil-qərargahından bildirilib.

Qeyd edək ki, vəba vibrionların (vəba törədicisi) səbəb olduğu xüsusilə təhlükəli yoluxucu xəstəlikdir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub