Qaynar xətt:

(+99450) 247 90 86

FHN-dən əhaliyə çağırış

FHN-dən əhaliyə çağırış

CƏMİYYƏT

430

04.08.2023, 17:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına kiçik etinasızlıq və ya ehtiyatsızlıq böyük fəsadlara yola aça bilər. Belə ki, isti hava və küləyin təsirindən ən kiçik qığılcım belə qısa zamanda böyük yanğına çevrilə, acı nəticələrə səbəb ola bilər.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi növbəti dəfə əhaliyə müraciət edərək, xüsusilə hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır".